Ermənistanda qadınlar qış çağırışında hərbi xidmətə cəlb olunacaq - Paşinyan

Ermənistanda könüllü olaraq hərbi xidmətə yazılmış qadınlar qış çağırışında hərbi xidmətə cəlb olunacaq.

Yerveinsan.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasında deyib.

Qeyd edək ki, Ermənistanda qadınların könüllülük əsasında hərbi xidmətə çağrılmasını nəzərdə tutan qanun layihəsi ölkənin müdafiə naziri Suren Papikyan tərəfindən parlamentə təqdim olunub və səs çoxluğu ilə qəbul edilib.

Qanun layihəsinə görə, 6 aylıq hərbi xidməti başa vuran qadınlar 2,5 min dollar məbləğində ödəniş alacaqlar.

Həmçinin, qeyd olunub ki, qadınlar hərbi xidmətdən çağırış gününə qədər imtina edə bilərlər.

Qeyd edək ki, indiyədək Ermənistanda qadınlar orduda müqavilə üzrə xidmət göstərirdi.