Yerevanda aksiya iştirakçıları Rusiya səfirliyinə daxil olmağa cəhd edib

Yerevanda kütləvi aksiya davam edir. Aksiya iştirakçıları Rusiyanın Yerevandakı səfirliyinin qarşısına toplaşaraq səfirliyin inzibatı binasına daxil olmağa cəhd edirlər.

Trend Ermənistanın internet mediasına istinadla xəbər verir ki, aksiya iştirakçıları Rusiya səfirliyini mühafizə edən polislə əlbəyaxa olublar. Polis dəyənək tətbiq etmək məcburiyyətində qalıb.

Bununla yanaşı, Yerevanda hökumət binasının qarşısında da kütləvi aksiya keçirilir. Aksiya iştirakçıları baş nazir N.Paşinyanın istefasını tələb edirlər. Hökumət binasına daxil olmağa cəhd edən aksiyaçılarla polis arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı həm aksiyaçılar, həm də polis əməkdaşları xəsarət alıb.

Hazırda Yerevanda aksiyalar davam edir.