Qarabağdakı qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədir - Elçin Əmirbəyov

Qarabağda olan qanunsuz silahlılar hər gün yüzlərlə insanımızın həyatına ciddi təhlükə törədir. Üç ilə yaxındır ki, həmin ərazimizdə 10 minə yaxın qeyri-qanuni silahlı mövcuddur.

Bu fikirlər Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovun Fransa radiosuna müsahibəsində yer alıb.

Ermənistanın separatçılara hər cür dəstək verdiyini vurğulayan E.Əmirbəyov deyib: “Ermənistan, həmçinin separatçıları özünün dövlət büdcəsindən maliyyələşdirir. Bunların hamısı dövlətimizin təhlükəsizliyinə ciddi risklər yaradır. Ona görə də qərara alınıb ki, lokal antiterror tədbirləri görülsün və qarşı tərəfin legitim hərbi hədəfləri neytrallaşdırılsın”.