Prezident İlham Əliyev Zəngilanda üç yaşayış kompleksinin və uşaq bağçasının təməllərini qoyub, şəhər məscidində görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub, Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.

Sonra dövlətimizin başçısı Zəngilan şəhərində üçüncü, dördüncü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməllərini qoyub.