Muxtar Babayev: 2050-ci ilə qədər dünya əhalisinin 67 faizi şəhərlərdə yaşayacaq

Dünyada şəhər əhalisinin kənd əhalisinə nisbəti son 100 ildə 13 faizdən 55 faizə qədər yüksəlmişdi. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2050-ci ilə qədər dünya əhalisinin 67 faizi şəhərlərdə yaşayacaq.

Bu sözləri II Azərbaycan Milli Şəhərsalma Forumunun panel sessiyasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev söyləyib.

Nazir qeyd edib ki, bu günləri şəhərlər intellektual, mədəni, ədəbiyyat məhsuldar əmək və sosial inkişaf mərkəzlərinə çevrilib. Şəhərdə həyat tərzi bəzən ekoloji izlərə səbəb olur. Dünyanın enerji və təbii ehtiyatlarının təxminən 75 faizi şəhərlərdə istehlak olunur. Bütün tullantıların təxminən 60 faizi, istixana qazı emissiyasının 70 faizi şəhərlərdə formalaşır. Bununla da planetin artan urbanizasiyası ciddi problemlər ortaya çıxarır.//AZƏRTAC