"Qarabağ" bu gün İsveçdə "Hakken"lə qarşılaşacaq

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Yerveinsan.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçdə "Hakken"in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü avstriyalı FİFA referisi Sebastian Qishamer idarə edəcək.