Rusiya sülhməramlıları Qarabağdakı postlarını yığışdırıblar

Rusiya sülhməramlıları Qarabağdakı postlarını yığışdırıblar.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Əsgəran, Ağdərə və Şuşa rayonlarında tərəflərin keçmiş təmas xətti boyunca sülhməramlıların müvəqqəti müşahidə məntəqələri yığışdırılıb.

Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin regiondakı vəziyyətə əsasən Bakı ilə təmasda müəyyən ediləcəyini bildirmişdi.

“Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi vaxtı həmkarlarla birgə müəyyən ediləcək. Əgər siz Qarabağ ərazisindən danışırsınızsa, o zaman Azərbaycan tərəfi ilə birlikdə vəziyyəti yerində nəzərə almaq lazımdır”, - deyə o izah edib.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannaməyə uyğun olaraq Azərbaycan ərazilərinin bəzi hissələrinə yerləşdirilib.//Trend