Avropa Liqası: “Qarabağ” qrup mərhələsində ikinci qələbəsini qazanıb

Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirib.

 Ağdam təmsilçisi İsveçdə “Hekken” klubunun qonağı olub. “Ullevi” stadionunda oynanılan qarşılaşma Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubunun qələbə topunu 70-ci dəqiqədə Juninyo vurub.