Siyəzəndə qəza nəticəsində ölən və yaralananların kimliyi məlum olub

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsində ölən və yaralananların kimliyi məlum olub.

Xezerxeber.az xəbər verir ki, qəzada 1983-cü il təvəllüdlü Cığəliyev Zaur Böyükağa oğlunun idarə etdiyi "Opel" markalı avtomobillə, 1961-ci il təvəllüdlü Quliyev Əliyoldaş Həmid oğlunun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ 2106"-nın sürücüsü Əliyoldaş Quliyev hadisə yerində ölüb. “Opel”in sürücüsü Zaur Cığəliyev və avtomobildə olan sərnişin 1976-cı il təvəllüdlü Həsənov Rəşid Tofiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzində yerləşdiriliblər.

Qəza zamanı ölən və yaralananlar Siyəzən rayonun Yenikənd kəndinin sakinləridir.