Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirdi, SAXLANILANLAR VAR

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya – Karantin Mərkəzində əməliyyat keçirib.
Əməliyyat nəticəsində mərkəzin rəhbər şəxslərindən saxlanılanların olduğu bildirilir.
Faktı Baş Prokurorluqdan təsdiqləyiblər. Bildirilib ki, məsələ barədə ətraflı məlumat veriləcək.