Geomaqnit qasırğası gözlənilir

Martın 4-ü və 5-i geomaqnit qasırğası gözlənilir.
Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib.
Bildirilib ki, Yüksək Sürətli Tac Dəliyi Axınlarınının təsiri ilə 3 martda Geomaqnit sahəsi qeyri-sabit olacaq, 4-5 mart tarixlərində isə 1 martda baş vermiş TKA-nın təsiri ilə G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.