Azərbaycan-İran sərhədində silahlı insident

Aprel ayında İran İslam Respublikasından 2 pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, sərhəd naryadına qarşı odlu silahdan istifadə edən 2 nəfər sərhəd pozucusu zərərsizləşdirilib.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 22 nəfər saxlanılıb.