Xəzər dənizində zəlzələ olub

Aprelin 27-də Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, maqnitudası 3,6 olan zəlzələ yerli vaxtla saat 18:13-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 58 kilometr olub.