Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Avqustun 27-də Şamaxı rayonunun Muğanlı kəndi ərazisində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının rayon sakini Mirağa Kazımov tərəfindən törədildiyi məlum olub. Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.