Dünyada epizootik vəziyyətə dair – VİDEOMƏLUMAT

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır. Sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə AQTA-nın şöbə müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Ötən həftə ərzində dünya üzrə blutanq, nodulyar dermatit, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi ilə bağlı yoluxma halları qeydə alınıb. Eyni zamanda bir sıra ölkələrdə müxtəlif xəstəliklər üzrə epizootiya halı başa çatıb. Yüksək patogen quş qripi xəstəliyinə görə Bolqarıstan Respublikasının 5 vilayətinə, iribuynuzlu heyvanların infeksion rinotraxeit xəstəliyinə görə Avstriya Respublikasına qoyulan məhdudiyyət aradan qaldırılıb. 

Videoməlumatla aşağıdakı linkdən tanış ola bilərsiniz: