Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
Təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar iyulun 30-u saat 08:00-dan etibarən işlər yekunlaşanadək Abşeron rayonunun bir sıra yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, fasilə Xırdalan şəhərinin bir hissəsini, Atyalı, Qobu, Hökməli, Pirəkəşkül, Müşfiqabad, 28 May, Saray və Ceyranbatan qəsəbələrini, həmçinin Daş Güzdək, Aşağı Güzdək, Çaylı və Qobustan kəndlərini əhatə edəcək.

