Ədliyyə naziri Lerikdə vətəndaşların müraciətlərini dinləyəcək
Ədliyyə naziri Fərid Əhmədov avqustun 7-də Lerik rayonunda Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.
Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı avqustun 6-dək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin (+994 12) 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə, habelə Lənkəran regional ədliyyə idarəsinə (Ünvan: Lənkəran şəhəri, Nizami küçəsi 1, əlaqə telefonu: (+994 12) 510 10 01 (daxili nömrə: 17531, 17520) müraciət edərək, qəbula yazıla bilərlər.
Həmçinin [email protected] e-poçt ünvanı, eləcə də nazirliyin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində “Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması” xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

