Oktyabrın 27-nə gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycanda oktyabrın 27-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 12-15, gündüz 17-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-14, gündüz 17-20, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

