Sabunçu rayonunda yol təmiri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Sabunçu rayonunun Yeni Ramana küçəsində aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Agentlik tərəfindən sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunub.

