Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 22-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Gəncə prospektinin, M.Hadi küçəsinin və Nəsimi rayonunun Mir Cəlal, A.Məhərrəmov, 20 Yanvar və Cavadxan küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

