Təmir işləri ilə əlaqədar Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 19-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində rele mühafizəsi və avtomatika qurğularının yoxlanılması işləri aparılacaq.
Yerveinsan.az “Azərişıq” ASC-yə istinadla xəbər verir ki, təmir-təftiş işləri ilə əlaqədar saat 09:00-dan 14:00-dək Bəhruz Nuriyev və Cəmşid Naxçıvanski küçələrində, İsmayıl Məmmədov küçəsinin, eləcə də Babək və Qara Qarayev prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin elektrik enerjisi ilə təchizatının keyfiyyətinin və dayanıqlılığının artırılması təmin ediləcək.

