Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil olunacaq

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl dörd qeyri-iş günündə sərnişin tələbatının qarşılanması məqsədilə noyabrın 7-dən 10-dək Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil olunacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY)  bildirilib ki, qeyd olunan tarixlərdə sərnişinlər həm Bakıdan Qəbələyə, həm də Qəbələdən Bakıya qatarla səfər edə biləcəklər.

Biletləri ADY-nin rəsmi internet saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından əldə etmək mümkündür.