Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Polis əməkdaşlarının Ələt-Astara magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı A.Əsgərov saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı 7 kiloqram marixuana və metamfetamin aşkar olunaraq götürülüb.

 Əlavə olaraq polisin daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt şəhərində keçirdiyi növbəti tədbir zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı R.Məmmədxanlı saxlanılıb. Ondan 8 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı marixuana, heroin, metamfetamin və psixotrop tərkibli metadon həbləri də aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.