İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşlarla görüşüb

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Naxçıvan şəhərində bu şəhərdən, həmçinin Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı Naxçıvanda vətəndaşların biznesin inkişafı, ixrac, əmlak, vergi, logistika və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib, araşdırma tələb edən müraciətlər isə baxılması üçün qeydiyyata alınıb.