3 mart – Beynəlxalq Yazıçılar Günündə kitabxananın Fəxri oxucusunun elektron kitabı oxuculara təqdim edildi

Bu gün Beynəlxalq Yazıçılar Günündə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçiriliən “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində kitabxananın Fəxri oxucusu, şair Qadir Hüseynovun “Mənim dünyam...” adlı elektron kitabı oxuculara təqdim edildi.
Elektron şeirlər toplusu şairin M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın 45 illik yubileyinə hədiyyəsidir. Kitab 9 bölmədən ibarətdir. Burada Vətən, Ana, Şəhidlər, dostlar və dostluq, müəllim və məktəb və s. mövzularda şeirlər toplanıb. Ən böyük yer sevgi və məhəbbət şeirlərinə ayrılıb və burada şairin 200-ə yaxın şeiri toplanıb.
Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova, dizayner və korrektor Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Kifayət Hüseynovadır.
Kitabın rəyçiləri M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucuları şair, yazıçı-publisist Gülarə Munis, şair, yazıçı Məhəbbət İbrahimova və A.A.Bakıxanovun poetik irsinin tədqiqatçısı, Təbrizdə yaşayan həmyerlimiz Hədiyyə Zəhra Əhmədidir.
Şairlə görüş və “Mənim dünyam...” adlı elektron kitabın təqdimatı üçün hazırlıq işləri görülür.
“Mənim dünyam...” adlı elektron kitab aşağıdakı keçiddə yerləşdirilib:
https://drive.google.com/file/d/1iHk5OWOemZOBC0lpZdlSuLLGRiQxgRfQ/view?usp=sharing