Qanvermə aksiyalarında ümumilikdə 2821 könüllü donor iştirak edib

Günün yekun nəticələrinə əsasən, Aşura Günü münasibətilə təşkil olunan qanvermə aksiyalarında ümumilikdə 2821 könüllü donor iştirak edib.

bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, donorlardan toplanan qanın ümumi həcmi 1269,45 litr olub.

Hər il keçirilən bu humanitar aksiya qana ehtiyacı olan xəstələrin müalicəsinə mühüm töhfə verməklə yanaşı, cəmiyyətdə könüllü donorluq ənənələrinin təşviqinə də xidmət edir.