Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbuluna başlanılır

Elm və Təhsil Nazirliyi “Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi”nə sənəd qəbulu elan edir.

Nazirlikdən  bildirilib ki, müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.

Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və müəllimlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu martın 4-dən aprelin 10-dək www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində maarifləndirmə sessiyaları həyata keçiriləcək. Bu barədə məlumat Elm və Təhsil Nazirliyinin və müsabiqənin rəsmi resurslarında paylaşılacaq.