Sabahın hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında martın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayın 1-dən 2-nə keçən gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə -3 dərəcədən -8 dərəcəyədək, gündüz +1 dərəcədən +4 dərəcəyədək olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.
Gecə və səhər bəzi yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə -3 dərəcədən -8 dərəcəyədək, gündüz +5 dərəcədən +10 dərəcəyədək, dağlarda gecə -13 dərəcədən -18 dərəcəyədək, yüksək dağlıq ərazilərdə gecə -19 dərəcədən -24 dərəcəyədək , gündüz 0 dərəcədən -5 dərəcəyədək olacaq.
Bəzi yollar buz bağlayacaq.