Bakıda hazırda yağıntının miqdarı normadan 2 dəfə çoxdur

Yağıntıların miqdarının artacağı gözləniləndir

Hazırda yağıntılar davam etdiyini nəzərə alsaq yağıntıların miqdarının artacağı gözləniləndir.

Bunu Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son dəfə 1966-cı ildə bu həddə yağıntı qeydə alınıb:

"Son 15 saat ərzində bölgələrdən asılı olaraq yağıntının miqdarı dəyişir. Bakıda hazırda yağıntının miqdarı 57 mm-dir bu da aylıq normadan 2 dəfə çoxdur".