Sabunçuda avtomobil tunelinə yığılan su çəkilib

Sabunçu rayonunda yerləşən avtomobil tunelinə yığılan su çəkilib.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 Bildirilib ki, nazirliyin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində paytaxtın Sabunçu rayonunda yerləşən avtomobil tunelindən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.