Fevral ayında yerinə yetirilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən fevral ayında yerinə yetirilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
ANAMA-dan Trend-ə bildirilib ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 305, tank əleyhinə 123 mina və 1078 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən ay ərzində 2 862,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.