Həftə sonunadək yağış yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında iyulun 2-si günün ikinci yarısından həftə sonunadək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarda yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından sel keçəcəyi ehtimalı var.