İsraildə ehtiyatda olan hərbçilər orduya çağırılır

İsraildə ehtiyatda olan təxminən 300 min hərbçi orduya çağırılacaq. Onlar “Dəmir Qılınclar” əməliyyatına cəlb olunacaqlar.

Yerveinsan.az “The Yeruselim Post”a istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusundan bildirilib.

Qeyd edilib ki, bu, İsrail tarixindəki ən böyük səfərbərlikdir.