Ərdoğan Quttereşlə Qəzzaya Türkiyə vasitəsi ilə humanitar yardımı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.

Bu barədə Tükiyə Prezident administrasiyası məlumat yayıb. 

Tərəflər İsrail-Fələstin münaqişəsi çərçivəsində atıla biləcək addımları müzakirə ediblər.

Türkiyənin vasitəçilik səyləri ilə bölgədəki mülki şəxslərə humanitar yardımların çatdırılması üçün görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.