Ceyhun Bayramov İsveçrənin yeni səfirini qəbul edib

Oktyabrın 17-si xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Tomas Ştehlini qəbul edib.

XİN-dən Yerveinsan.az-a verilən xəbərə görə, görüş zamanı səfir Tomas Ştehli etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfirə fəaliyyətində uğurlar arzulayıb.