Prezident İlham Əliyev Elmira Axundovanı BBMM-in Şura üzvü təyin etdi - SƏRƏNCAM

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının tərkibi genişləndirilib.

Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Axundova Elmira Hüseyn qızı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü seçilib.