Blinken Mahmud Abbasa zəng edib
ABŞ dövlət katibi Entoni Blinken Fələstin dövlətinin Prezidenti Mahmud Abbasa zəng edib.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, dövlət katibi Entoni Blinken Fələstin Prezidenti Mahmud Abbasa zəng edərək Qəzzada Əl-Əhli xəstəxanasındakı partlayış nəticəsində həlak olan mülki vətəndaşlara görə ona başsağlığı verib.
"Dövlət katibi ABŞ-nin Fələstin xalqına davamlı dəstəyini ifadə edərək vurğulayıb ki, HƏMAS fələstinliləri və ya onların öz müqəddəratını təyinetmə, ləyaqət, azadlıq, təhlükəsizlik və ədalətlə ilə bağlı qanuni istəklərini təmsil etmir", - məlumatda deyilir.