İranda 5,1 bal gücündə zəlzələ baş verib
İranın şərqindəki Cənubi Xorasan vilayətində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Yeraltı təkanların episentri Bircənd şəhərindən 94 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.