9-cu ARPACAHY OPEN beynəlxalq karate turnirinə  hazırlıqlar davam edir (FOTO)

Yarışın keçirilməsi üçün əməkdaşlıq barədə Arpaçay Karate Klubu və “Baku City Residences” şirkəti rəhbərləri razılığa gəliblər

Bu yaxınlarda “İlin ən yaxşı idman klubu” nominasiyası üzrə qalib olan Arpaçay Karate Klubu 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi ARPACAHY OPEN beynəlxalq karate turnirinin sayca 9-cusunu təşkil etməyə hazırlaşır. Hazırlıq tədbirləri çərivəsində bu gün Arpaçay Karate Klubunun prezidenti, Əməkdar fəxri məşqçi Yavər Hüseynov və “Baku City Residences” şirkətinin icraçı direktoru Ramil Məhərrəmovun görüşü olub.

Görüş zamanı  2024-cü ilin 20–21 yanvar tarixlərində Bakı İdman Sarayında keçiriləcək  şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş 9-cu ARPACAHY OPEN beynəlxalq karate turnirinin keçirilməsi ilə bağlı müzakirələr aparılıb və əməkdaşlıq barədə razılıq əldə olunub.

Görüşdə Arpaçay Karate Klubunun rəhbəri Y.Hüseynov və “Baku City Residences” şirkətinin rəhbəri R.Məhərrəmovla yanaşı, şirkət təmsilçiləri də iştirak ediblər.

 

Fotosessiya