Azərbaycan karateçisi beşinci dəfə dünya çempionu olub
Yaponiyanın Matsuyama şəhərində karatenin aşihara növü üzrə keçirilən dünya çempionatına yekun vurulub.
Azərbaycan Karate Federasiyasından bildiriblər ki, yarışda milli komandamızın karateçiləri uğurla çıxış ediblər. Yığmanın üzvlərindən 60 kiloqram çəki dərəcəsində Musa Musazadə bütün rəqiblərinə qalib gələrək beşinci dəfə dünya çempionu tituluna yiyələnib.
14-15 yaşlı idmançıların yarışında Vüsal Abbasov və Əfsər Atakişiyev fəxri kürsünün ikinci pilləsinə qalxıblar. Fərman Rəhimov isə mundialı üçüncü yerdə başa vurub.