Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılacaq bərpa və yenidənqurma layihələri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşaya gəliblər.

Yerveinsan.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda aparılacaq bərpa və yenidənqurma layihələri ilə tanış olub.