ATƏT Parlament Assambleyasının prezidenti Azərbaycana səfərə gəlib

ATƏT Parlament Assambleyasının (PA) prezidenti xanım Pia Kauman noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.

Yerveinsan.az xəbər verir ki, ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev və digər rəsmi şəxslər qarşıladılar.