Qəzzada atəşkəs barədə razılıq əldə olunub
İsrail hökuməti çərşənbə axşamı Fələstinin radikal HƏMAS hərəkatı ilə onlarla girovun azad edilməsinə dair razılaşmanı təsdiqləyib.
Bu barədə Baş nazir Benyamin Netanyahunun ofisinin yaydığı bəyanatda bildirilib.
İsrail hökuməti saatlarla davam edən xüsusi iclasdan sonra dörd gün ərzində Qəzza zolağından ən azı 50 girovun geri qaytarılmasını nəzərdə tutan planı təsdiqləyib, sonra anklavda hərbi əməliyyatlar bərpa olunacaq.