AFFA De Byazi ilə bağlı QƏRARINI VERDİ - İtaliyalı mütəxəssis millidən GETDİ
Bu gün AFFA İcraiyyə Komitəsinin fövqaladə iclası keçirilib.
Toplantıda Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin millidəki taleyi ilə bağlı qərar verilib. İtalyan mütəxəssis millinin sükanı arxasından kənarlaşdırılıb. İclasın il 10 dəqiqəsində De Byazi AFFA-nın inzibati binasından çıxıb. O, arxa qapıdan çıxaraq federasiyanın binasını tərk edib.
AFFA İcraiyyə Komitəsinin iclasında italiyalı mütəxəssislə yeni müqavilə imzalanmayacağı bildirilib. Beləliklə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollar ayrılıb.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinin baş məşqçisidir. Yığma onun rəhbərliyi atında son oyununda Avro-2024-ün seçmə mərhələsində səfərdə Belçikaya 0:5 hesabı ilə uduzub.//Trend