Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinə namizədini irəli sürüb

Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədini irəli sürüb.

Bu barədə qərar Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul edilib.

Hakim partiyanın növbədənkənar Prezident seçkilərində namizədi İlham Əliyev olub.//AZƏRTAC