İlham Əliyevin Prezidentliyə namizədliyi MSK-da TƏSDİQLƏNDİ
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb.
Məsələ barədə məlumatı MSK katibi Arifə Muxtarova məlumat verir.
Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi təsdiq edilib.

