"Neftçi” baş məşqçisi Adrian Mutu ilə yollarını ayırıb
"Neftçi” baş məşqçisi Adrian Mutu ilə yollarını ayırıb.
Klubdan verilən məlumata görə, tərəflər arasında müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Rumıniyalı mütəxəssisi bu vəzifədə monteneqrolu Miodraq Bojoviçin əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, "Neftçi" cari mövsümün əvvəlində Adrian Mutu ilə 2 illik müqavilə imzalamışdı.