Siyasət Əsgərov Türkiyənin “Fomget” komandasındakı vəzifəsini tərk edib
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Türkiyənin “Fomget” komandasındakı analoji vəzifəsini tərk edib.
Yerveinsan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyublar.
Ankara təmsilçisi ötən mövsüm qazanılan çempionluqda böyük pay sahibi olan 36 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan yığması Siyasət Əsgərovun rəhbərliyi altında bu mövsüm UEFA Millətlər Liqasında B divizionuna yüksəlib.