İsrail kiçik dronlardan fəal şəkildə istifadə edir

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının yaraqlılarının istifadə etdiyi tunelləri araşdırmaq üçün kiçik dronlardan fəal şəkildə istifadə edir.

Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail əsgərləri əvvəlcə Qəzza zolağında tunelləri kəşf etməyin müxtəlif üsullarını sınaqdan keçiriblər: robotlar, robot itlər və canlı itlər. Bununla belə, onlar tez bir zamanda belə qənaətə gəldilər ki, dronlar yeraltı labirintləri araşdırmaq üçün ən ucuz və effektiv variantdır.