“Qəbələ” - “Qarabağ” oyunu təxirə salınıb
Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.
Yerveinsa.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu addım Ağdam təmsilçisinin fevralın 15-də Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa”ya qarşı keçirəcəyi ilk matça daha yaxşı hazırlaşması üçün atılıb.
Bildirilib ki, qərar qəbul edilərkən “qırmızı-qaralar”ın razılığı da nəzərə alınıb.
Turun digər oyunlarının proqramı isə belədir:
17 fevral (şənbə)
16:00. “Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”.
18:30. “Səbail” – “Araz-Naxçıvan”
“ASCO Arena”
18 fevral (bazar)
15:30. “Sumqayıt” – “Turan Tovuz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
18:00. “Neftçi” – “Zirə”
“Neftçi Arena”.